Elektromobillər seqmentində rəqabət getdikcə qızışmaqdadır və hər bir istehsalçı rəqiblərindən fərqlənməyə çalışır. Lucid Motors şirkəti, Tesla və Model S Plaid superliftbək ilə ayaqlaşmaq üçün, Air sedanının flaqman versiyasını hazırlayıb. 1200 at qüvvəli Lucid Air Sapphire modifikasiyası ən güclü elektromobilləri özündə birləşdirəcək eyniadlı subbrendin ilk nümayəndəsidir.

Yeni modelin güc qurğusuna ümumilikdə 1200 at qüvvəsi hasil edən üç elektrik mühərriki daxildir. Mühərriklərdən biri öndə, ikisi isə arxada yerləşir.

Sapphire indeksli sedan güc baxımından Grand Touring Performance (1050 at qüvvəsi) və Dream Edition Performance (1111 at qüvvəsi) versiyalarını geridə qoyur. Belə parametrlər yeniliyi dünyanın ən güclü seriya sedanına çevirir.

Arxadakı elektrik mühərrikləri döngələrdə və ya düzlükdə sabitliyi təmin etmək üçün fırlanma anını arxa təkərlərə əks istiqamətlərdə də göndərə bilər. Kəskin döngələrdə isə, sistem çevikliyi artırmaq üçün, daxili təkərdə regenerativ əyləcləməni tətbiq edə, eyni zamanda, xarici təkərə daha çox dartma qüvvəsi göndərə bilər.

“Bərkgedən” elektrik sedanının dəqiq texniki və dinamik xarakteristikaları açıqlanmır, lakin Lucid Motors elektrokarın 100 km/saat həddinə iki saniyədən az müddətə sürətlənəcəyini, klassik dörddəbir mil məsafəsini isə, 9 saniyəyə keçəcəyini vəd edib.

Artan güc standart təchizata karbon-keramika əyləclərinin, daha sərt tənzimləmələri olan asqının və yenidən tənzimlənmiş elektron köməkçilərin daxil edilməsi ilə nəticələnib. Sapphire modifikasiyası Michelin Pilot Sport 4S şinləri taxılmış yeni diskləri (öndə - 20, arxada - 21 düymlük) alıb. Bu disklər aerodinamik qapaqların taxılması imkanına da malikdirlər.

Lucid Air Sapphire modifikasiyasını vizual olaraq,  kuzovun eksklüziv Sapphire Blue rəngi və karbondan elementləri olan genişləndirilmiş aerodinamik kuzov dəsti ilə seçilir. Salon mavi tikişli qara dəri ilə üzlənib, onun təchizatına isə, idman oturacaqları, rəqəmsal cihazlar paneli və məlumat-əyləncə sisteminin xüsusi qrafikası daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lucid Air Sapphire modelinin tirajı məhdudlaşdırılacaqdır. Sedanın qiyməti 249 min dollardan başlayır, onun tədarüklərinə isə, 2023-cü ildə start veriləcəkdir. Gələcəkdə Lucid Motors şirkətinin digər elektromobilləri də Sapphire versiyasında təklif ediləcəklər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.