Plaid indeksli Tesla Model S seriya elektrokarı Porsche Taycan modelinin Nürburqrinqdə qeyd aldığı rekordu yeniləyib. Tesla şirkətinin rəhbəri İlon Maskın bildiridiyinə görə, Model S elektrokarının ən güclü modifikasiyası 20,6 kilometrlik “qısa” dövrəni 7 dəqiqə 30,9 saniyəyə qət edib - bu Porsche Taycan Turrbo elektrokarının göstəricisindən 12 saniyə azdır. Tesla elektrokarının trekdə nümayiş etdirdiyi orta sürət göstəricisi 166,3 km/saat olub.

Tesla Model S Plaid modeli ilk dəfə Nürbiqrqrinqə 2019-cu ildə dövrə vurub. Üçmühərrikli liftbekin dövrəni 7 dəqiqə 23 saniyəyə qət etdiyi bildirilsə də, bu nəticə rəsmi olaraq qeydə alınmamışdı. Vaxtı testdə iştirak edən Auto Motor end Sport nəşrinin jurnalisti əllə ölçmüşdü.

İndi isə, rekord zamanı olan şəkili İlon Mask Twitter sosial şəbəkəsindəki səhifəsində dərc edib. Görünən odur ki, Model S Plaid 7 dəqiqə 30,9 saniyəyə “Şimal ilgəyinin” tam dövrəsini deyil, onun 20,6 kilometrlik “qısa” variantını qət edib.

Tam dövrənin qət edilməsinə isə, elektrokar 7 dəqiqə 35,6 saniyə sərf edib. Bu cəhdin videogörüntüsü hələlik dərc edilməyib. Qısa dövrədə Model S Plaid Taycan Turbo modelini 12 saniyə üstələsə də, Chevrolet Corvette Z51 (7:29,90) və Porsche 911 Carrera S (7:30,41) sportkarlarından geridə qalıb.

Eyni zamanda, İlon Mask rekordun “birbaza zavoddan gətirilmiş” seriya elektromobilində qeydə alındığını xüsusi ilə vurğulayıb. Buna baxmayaraq, amerikan istehsalçısı yaxın zamanlarda trekə elektrokarın yeni aerodinamik detallara, karbon-saxsı əyləclərə və yarış şinlərinə malik olan təkmilləşdirilmiş versiyasını buraxmaq fikrindədir. 

Tesla Model S Plaid modeli bu ilin yayında debüt edib. Elektrokar 1034 at qüvvəsi hasil edən üçmühərrikli güc qurğusu ilə təchiz edilir. Plaid versiyası 100 km/saatı 2,1 saniyəyə toplayır və 322 km/saatlıq maksimal sürət həddinə malikdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.