Şkoda şirkəti matrisa fənərlərinin Scala hetçbeki və Kamiq yığcam krossoveri üçün əlçatan olacağını bəyan edib. Belə opsiya adətən Kodiaq, Enyaq və Superb kimi daha bahalı avtomobillərdə təklif olunur. Məlum məsələdir ki, matrisalı optika standart təchizata daxil edilməyəcək və əlavə ödəniş qarşılığında quraşdırılacaqdır. Odur ki, Skoda şirkəti yeni tizerləri yayımlayaraq, belə fənərlərin necə görünəcəyini nümayiş etdirib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Skoda hetçbeki, künclərində iki səviyyədə yerləşən gündüz işıqlarının zolaqları olan və radiator barmaqlığına qədər uzanan ön fənərləri alacaq. Kamiq krossoverinin əsas fənərləri daha böyük görünür, lakin yeni, daha böyük əsas fənərlərin üst tərəfində yerləşən işıqdiodlarından zolaq isə kiçildilib.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.