Toyota şirkəti plan üzrə yenilənmiş Camry modelini təqdim edib. Nəzərə alsaq ki, Camry modelinin Amerikada keçirilmiş dünya premyerasından üç il yarım keçib, modelin yenilənməsi məntiqə uyğundur. Bununla belə, modeldə baş vermiş dəyişikliklər o qədər də geniş deyildir.

Zahiri cəhətdən Toyota Camry, demək olar ki, elə də dəyişməyib: ön bamperdəki barmaqlığın yan tərəfləri daha çıxıntılı olub və onun üzərindəki "günəşlik" yoxa çıxıb. Yeni təkər diskləri də təklif edilirlər. Arxa hissədə dəyişiklik ümumiyyətlə olmayıb. Üstəlik, bizə tanış olmayan XS, XSE və TRD "idman" versiyaları daha aqressiv ön hissəni əldə ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salondakı əsas yenilik, media sisteminin daha böyük ekranlarına uyğunlaşdırılmış mərkəz konsoludur. Əvvəllər yeddi və ya səkkiz düym diaqonalı olan ekran mərkəzi deflektorların altında yerləşirdi, indi isə onu deflektorların üst tərəfinə köçürülüblər. Üstəlik, indi ekranın diaqonalı yeddi və ya doqquz düymdür. 4.2-düymlük ekranı olan cihazlar panelini 7,0-düymlük ekrana sahib olan panel əvəzləyib.

Eyni zamanda, tərtibat materiallarının keyfiyyəti dəyişdirilmiş, səs izolyasiyası yaxşılaşdırılmışdır. Mühərrik söndürüldükdən sonra, unutqan sürücülərə arxa oturacaqda sərnişinlərin olduğunu xatırladan standart sistem quraşdırılıb: ABŞ-da, səhlənkar valideynlərin uşaqlarını avtomobildə unudaraq bağlaması hallarına tez-tez rast gəlinir. Baza L təchizat səviyyəsi Amerikadakı təchizat çeşidindən xaric edilmiş, onu daha zəngin LE versiyası əvəzləmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, yenilənmiş Camry təkmilləşdirilmiş və tamamlanmış Toyota Safety Sense 2.5+ kompleksi ilə təchiz edilən ilk Toyota modeli olub. Avtomatik əyləc sistemi indi yalnız ötüb keçən nəqliyyat vasitələrini deyil, həm qarşıdan gələn nəqliyyat vasitələrini (məsələn, sola dönərkən), həm də velosipedçiləri və piyadaları tanıyır. Bu sistem işə düşdükdə, elektronika avtomobili elektrik sükan gücləndiricisi vasitəsilə idarə edərək zolaqda saxlayır. Adaptiv kruiz-kontrol qısa dayanmadan sonra, avtomobili avtomatik olaraq yenidən hərəkətə keçirməyi öyrənib.

Güc aqreqatları dəyişməyib. ABŞ-da Toyota Camry modeli 208 at qüvvəli 2.5-litrlik və 305 at qüvvəli 3.5-litrlik V6 atmosfer mühərrikləri, həmçinin 211 at qüvvəli hibrid güc qurğusu ilə təklif olunur. Üstəlik, atmosfer mühərriki olan sedanlar həm ön, həm də tam ötürməyə malik ola bilərlər. Yenilənmiş avtomobillər Amerikadakı dilerlərə payızda çatdırılacaqdırlar.