Toyota şirkəti Supra modelinin GT4 kateqoriyasında çıxış yarış variantının carçısını Cenevrə avtosalonunda təqdim etməyə hazırlaşır. Konsept Kölndı yerləşən Toyota Motorsport GmbH bölməsi tərəfindən hazırlanıb. Bu bölmədə WEC çempionatı üçün sportprototiplər hazırlanır.

Keçən il elə Cenevrə avtosalonunda Toyota Supra modelini yarış kupesi görkəmində təqdim etmişdi. Lakin, həmin avtomobil çox ciddi şəkildə hazırlanmışdı: təkər izi genişlənmiş, daha güclü aerodinamik dayaq tətbiq edilmiş, təkər diskləri isə mərkəzi kilidə malik idi.

Toyota Supra GT4 isə, daha mükəmməl təhlükəsizlik karkasına, özüqapanan təkərlərarası differensiala, gücləndirilmiş yarımoxlara və tərkibli diskləri olan yarış Brembo əyləc mexanizmlərinə sahibdir. Yarış kupesi üçün ön diffuzoru və inkişaf etdirilmiş ön splitteri olan aerodinamik dayağa malikdir. Arxada isə tənzimlənən antiqanad quraşdırılıb. Konsept həmçinin təhlükəsiz yanacaq çəni və yeyin yanacaqdoldurma sistemi ilə təchiz edilib.

Avtomobilin kuzovu, asqı sistemi və əsas aqreqatları isə standart olaraq saxlanılıb, çünki GT4 sinfinin tələbləri belədir. Əlbəttə ki, yaylar və amortizatorlar xüsusi olaraq yarışlar üçün hazırlanıblar. Mühərrik ikiaxınlı turbokompressoru və yarış idarəetmə bloku olan sıralı altı silindrli BMW B58 mühərrikidir. Güc aqreqatı standart səkkiz diapazonlu avtomatik qutu ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Belə qutu GT4 avtomobilləri üçün xarakterik deyil - adətən belə avtomobillərdə sekvental ötürmələr qutusundan və yaxud yarışlar üçün uyğunlaşdırımış ikimuftalı «robotlardan» istifadə edilir. Böyük ehtimalla, Toyota gələcəkdə transmissiyanı dəyişəcəkdir.

Yeni yarış kupesinin debütü «Nürburqrinqin 24 saatı» marafonunda baş tutmalıdır. 22-23 iyun tarixində keçiriləcək yarışda Toyota Supra GT4 SP8T kateqoriyasında çıxış edəcəkdir. Özəl komandalar Supra GT4 modelini bir qədər sonra əldə etmək şansı əldə edəcəkdirlər.