Toyota şirkəti Corolla sedanının Apex Edition adlı “idman” versiyasını təqdim edib. Altı min nüsxədə buraxılacaq avtomobildən ibarət olan seriya Şimali Amerika bazarı üçün hazırlanmışdır. İdman sedanı yaxşı idarəetmə xüsusiyyətləri olan ucuz idman avtomobili axtaran alıcılara ünvanlanmışdır.

Toyota Corolla Apex Edition modifikasiyasının SE və XSE versiyalarından əsas fərqi ön splitteri, bamperləri, yan ətəkləri və diffuzoru üzərində bürünc rəngli işləmələri olan qara aerodinamik kuzov dəstindən ibarətdir. Baqaj qapağındakı spoyler - opsiyadır. Lakin, sedanın idman xarakterinə görə bu elementlər məsuliyyət daşımırlar, buna cavabdeh olan əsas element Yaponiyadakı TMC Higashi-Fuji trekində, həmçinin Amerikanın Toyota Arizona Proving Ground və Texasdakı MotorSport Ranch treklərində sınaqdan keçirilmiş xüsusi tənzimləmələrə malik olan asqısıdır.

Bütün Corolla Apex modelləri daxili məhdudiyyət yayı olan yeni amortizatorlar, daha sərt yaylar, köndələn dayanıqlılıq stabilizatorları və dayaqları ilə təchiz edilmişdir. Bundan başqa, avtomobilin klirensi 15,2 millimetr azaldılsa da, döngələrdəki dayanıqlılığı artırılıb: öndə müsbət 47%, arxada isə 33%.

Bundan əlavə, sedan standart disklərdən bir kiloqram yüngül olan 18-düymlük alüminium təkər disklərini, sükan gücləndiricisinin və stabilizasiya sisteminin yeni proqram təminatını əldə edib. Eyni zamanda, standart səsboğucu sistemi paslanmayan poladdan hazırlanmış idman buraxılış sistemi ilə əvəz edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota Corolla Apex Edition modelləri yalnız 171 at qüvvəsi və 205 Nm fırlanma anı hasil edən 2,0-litrlik Dynamic Force mühərriki və Direct Shift CVT transmissiyası ilə təklif edilirlər.

Corolla Apex sedanının standart avadanlıqlarının siyahısına 8,0-düymlük displeyi olan, Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyən multimedia sistemi, həmçinin toqquşmaların qarşısını alan Toyota Safety Sense 2.0 elektron köməkçiləri dəsti, dinamik kruiz-kontrol və avtomatik uzaq işıqlar daxildir.