Toyota şirkəti 12-ci nəsil Corolla sedanının təqdimat tarixini açıqlayıb. Yeni sedan 16 noyabr tarixində Quançjouda işinə başlayacaq avtosalonda təqdim ediləcəkdir. Sedanın eksteryer dizaynı eyni adlı hetçbekə bənzər olacaqdır. Corolla sedanının mühərrik çeşidinə atmosfer və hibrid güc aqreqatları daxil olacaqdır.

Toyota Corolla sedanı yapon şirkətinin TNGA (Toyota New Global Architecture) modul platformasında inşa edilibdir. Bu paltformadan Camry və Prius modellərinin istehsalında da istifadə olunur. Şayiələrə görə, satış bazarından asılı olaraq, sedan 1,8 və 2,0-litrlik mühərriklər və onların bazasında yardılmış hibrid güc qurğuları, həmçinin Direct Shift-CVT transmissiyası ilə tandemdə çalışan Dynamic Force Engine ailəsindən olan 2,0-litrlik dörd silindrli mühərrik ilə təklif ediləcəkdir.