Toyota şirkəti Los Ancelesdə keçirilən avtosalonda yeni nəsil Corolla sedanının hibrid modifikasiyasını təqdim edib. Yapon istehsalçısı bu modifikasiyanın Corolla modelinin tarixində olan ən qənaətcil model olduğunu iddia edir. Hibrid sedan 100 kilometrə 4,7 litr yanacaq sərf edir.

Yeni sedan Prius modelindən alınmış güc aqreqatı ilə təchiz edilir. Bu 122 at qüvvəsi hasil edən hibrid qurğudur. Qurğunun tərkibinə 96 at qüvvəli 1,8-litrlik atmosfer mühərriki, elektomotor, variator və nikel-metalhidrid batareyaları daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hibrid sedan idarəetmə elektronikasının dörd rejiminə sahib olub: Normal, Eco, EV və Sport. Avtomobilin sırf elektrik ötürməsi ilə nə qədər məsafə qət etməsi barədə məlumat verilməyib. Qeyd etmək lazımdır ki, Sport rejimində hibrid qurğu maksimal güc rejimində çalışır.