Toyota şirkəti Los-Anjeles avtosalonunda yenilənmiş Prius modelini nümayiş etdirib. Hibrid hetçbek təkmilləşdirilmiş salona və AWD-e adlı tam çəkiş sisteminə sahib olub. Tam çəkiş sistemi arxa oxda quraşdırılmış 7,2 at qüvvəli elektromotor vasitəsi ilə fəaliyyət göstərir. Avtomobilin sürəti 10 km/saatı keçdikdən sonra elektromotor sönür və avtomobil yenidən ödənçəkişli olur.

Məlum məsələdir ki, ön oxun sürüşməsi halında arxadakı elektromotor qoşularaq avtomobili stabilləşdirir, lakin bu halda mühərrikin iş diapazonu hərəkət sürəti ilə məhdudlaşır - sistem 69 km/saat həddinə qədər sürətlərdə qoşula bilər.

Yenilənmiş Prius modelinin güc aqreqatı dəyişilməz qalıb - bu 122 at qüvvəsi hasil edən hibrid qurğudur. Qurğunun tərkibinə 96 at qüvvəli 1,8-litrlik atmosfer mühərriki, elektomotor, variator və 6,5 amperlik litium-ion batareyalar bloku daxildir. Tamçəkişli hetçbek nikel-metalhidrid batareyaları ilə təchiz edilir.

Zahiri cəhətdən yenilənmiş Toyota Prius modelini yeni işıq texnikası və bamperləri sayəsində ayırd etmək olar. Salonda isə, multimedia sisteminin 11,6-düymlük şaquli ekranını görmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt