Toyota şirkətinin Gazoo Racing idman bölümü GR Supra Super GT adlı konseptin tizerini dərc edib. Yeni konsept 11-13 yanvar tarixlərində Tokioda keçriləcək avtosalonda təqdim ediləcəkdir.

Prototip yapon Super GT çempionatında iştirak edəcək yarış kupesi barədə təsəvvür yaratmaq üçün hazırlanıbdır. Avtomobil haqqında məlumat verilməyib. Dərc edilmiş tizerdən də göründüyü kimi, avtomobil iri arxa diffuzora və antiqanada sahib olacaqdır.

Super GT çempionatı ilə yanaşı, Gazoo Racing Toyota Supra modelinin daha bir yarış variantını hazırlayacaqdır. Bu avtomobil amerikan NASCAR yarış seriyasının Xfinity Series divizionunda çıxış edəcəkdir. Bu modelin kütləvi debütü 16 fevralda Daytonada keçiriləcəkdir.