Auto China Beijing 2024 avtosalonu ərəfəsində Volkswagen qrupu mətbuat üçün xüsusi tədbir keçirərək, Lamborghini brendinin ilk hibrid krossoverini - Lamborghini Urus SE modelini nümayiş etdirib. Onu Urus S və Urus Performante modelləridən ayırmaq asandır, baxmayaraq ki, onların kapotunun altındakı mühərrik eynidir - 620 at qüvvəsi və 800 Nm fırlanma anı hasil etmək üçün sazlanmış 4,0-litrlik V8 biturbo mühərriki.

Daxili yanma mühərrikinə səkkiz pilləli “avtomata” quraşdırılmış elektrik mühərriki (192 at qüvvəsi, 483 Nm) kömək edir. Beləliklə, hibrid güc qurğusunun hasilatı 800 at qüvvəsi və 950 Nm təşkil edir.

Döğrudur, belə əhəmiyyətli artım avtomobilin dinamikasına demək olar ki, heç bir təsir göstərməyib. Hibrid Urus SE modeli 100 km/saata sürətlənmədə Urus S versiyasından cəmi 0,1 saniyə (3,5 əvəzinə 3,4 saniyə), 200 km/saata sürətlənmədə isə, 1,3 saniyə (12,5 əvəzinə 11,2 saniyə) yeyindir.

Maksimal sürət 312 km/saatdır. Xatırladaq ki, Urus S modelində məhdudlaşdırıcı 305 km/saat həddində işə düşür. Lakin hibrid atmosferə 80% daha az zərərli maddələr atır və daxili yanma mühərrikini işə salmadan təxminən 60 kilometr yol qət edir. Dartma batareyası baqaj bölməsində yerləşir və 25,9 kilovat-saatlıq tutuma malikdir.

Urus SE hibridinin güc aqreqatı 11 rejimdə işləyə bilər - bu rəqəm altı standart profili və dörd Electric Performance Strategies (elektrik məhsuldarlığın strategiyası) rejiminin - EV Drive, Hybrid, Performance və Recharge, - birləşməsindən əldə edilir.

15-75 millimetr aralığında tənzimlənən klirens rejim seçimindən asılıdır. Əlbəttə ki, Urus SE modelindəki bütün mexatronika yeni məlumatları nəzərə alınmaqla yenidən sazlanıb və presetlər arasındakı fərqlər indi daha aydın hiss olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Heç də təəccüblü deyil ki, hibrid üstqurumu aerodinamikanın əsaslı şəkildə yenidən işlənməsini tələb edib. Urus SE modelində mühərrik bölməsinin soyudulması 15% yaxşılaşdırılıb, arxa spoyler və diffuzor isə, yüksək sürətlərdə Urus S ilə müqayisədə 35% daha çox yerəbasma gücü yaradır.

Hibrid krossoverin eksteryer və interyeri Revuelto superkarına nəzər salınmaqla işlənilib, lakin bunlar birbaşa alınmalar deyil, stilistik konsepsiyalardır. Yeri gəlmişkən, Urus SE modelinin fənərləri də yenidir: uzaq matrisa işığı  və firma loqotipindəki öküzün quyruğu formasında olan gündüz hərəkət işıqları ilə.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.