Tyerri Nyövil qarlı İsveç Rallisində Citroen pilotu Kreq Brini 20 saniyə üstəyələrək qələbəsini bayram edib. Bu Brinin karyerasında əldə etdiyi ən yaxşı nəticədir.

Belçikalı pilot İsveç Rallisinin başlanğıcından liderliyi ələ alaraq vəziyyətə tam nəzarət edib. Şeykdaundan başlayaraq son xüsusi hissəyə qədər Tyerri liderliyi heç kimə təhvil verməyib. Şənbə günü Tyerrinin avtomobilinin yerində fırlanması Brinə ona yaxnlaşmaq imkanı verib. Lakin sonradan Nyövill ara məsafəsini açaraq rahat şəkildə yarışı birinci bitirib.

«Həyəcanverici həftəsonu idi, - yarışın trimfuatoru bildirib. - Biz burada yeyin olacağımızı gözləmirdik. Komanda və avtomobil mənə qələbə uğrunda mübarizə aparmağa şərait yaratdı. Biz burada keçən il də qələbə çalmalıydıq və bu il buna daha çox layiq idik. Komandamızda 200-dən çox insan işləyir və onlar bu nəticəyı nail olmaq üçün əllərindən gələni etdilər». 

«Xeyr, mənim ağlamaq fikrim yoxdur, - finişdən sonra Brin bildirib. - Bu sadəcə çox möhtəşəmdir. Mən xoşbəxtlikdən uçuram. Mə bu nəticənin əldə edilməsi üçün çalışan hər kəsə təşəkkürümü bildirmək istərdim. Keçıən il burada yarışmaq çox çətin idi, lakin oğlanlar hər şeyi düşgün etdilər». Podiumun üçüncü pilləsinə Hyundai komandasının digər pilotu Andreas Mikkelsen yüksəlib. O, liderə yaım dəqiqə uduzub. «Yarışı podiumda bitirmək əla hissdir, - Andreas Mikkelsen qeyd edib. - Bonus xüsusi hissəsi çox yaxşı keçdi.

Burada nəticəni əldə etmək üçün risq etmək lazımdır. Yarışı belə yüksək yerdə bitirmək şansının olması əladır».

Esapekka Lappi podiuma qalxmaq şansı olsa da, yarışı dördüncü bitirib.

Ott Tyanak və qüvvədə olan dünya çempionu Sebastyen Ojye ilk gün trassanı təmizləməyə məcbur olduqlarından liderlərə çata bilməyiblər. Nəticədə onlar ilk onluğu tamamlayıblar.