Vespa brendinin sahibi olan Piaggio şirkəti əfsanəvi motorollerin elektrik modifikasiyasını buraxacağını təsdiq edib. Keçən il Milanda keçirilən EICMA motosərgisində nümayiş etdirilən skuter 100 kilometr yürüşə malik olacaqdır.

Vespa skuterinin elektrik modifikasiyası 2,7 at qüvvəli elektromotor və batareyalar dəsti ilə təchiz ediləckdir. Vespa Elettrica modelinin batareyalarını həm məişət elektrik şəbəkəsindən, həm də ictimai elektrik yükləmə stansiyalarından doldurmaq mümkün olacaq. İtalyan istehsalçısı skuterin təchiz edildiyi litium-ion akkumulyatorunun 10 il xidmət edəcəyini bildirmişdir. Eyni zamanda, Piaggio şirkəti min yükləmə silsiləsindən sonra akkumulyatorun tutumunun yalnız 20% azalacağına təminat verir. Vespa Elettrica modelinin təchizatına TFT-displeyi olan və Bluetooth protokolunu dəstəkləyən Vespa Multimedia Platform multimedia sistemi daxil edilib. Elektrik Vespa skuteri üçün naqilsiz mikrofonu və dinamikləri olan xüsusi dəbliqə də hazırlanıbdır.

Vespa Elettrica modelinin satışlarına gələn il başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt