Bü gün Williams komandası 2019-cu ildə istifadə edəcəyi livreyanı təqdim edib. Komandanın yeni rəngləri ağ və mavi rənglərdir.

Qrouv komandası yeni avtomobili Londonda jurnalistlər üçün təşkil etdiyi xüsusi tədbirdə nümayiş etdirib. Bundan başqa, ingilis komandası yeni livreyalı avtomobilin əks etdirildiyi qısa videoçarx da hazırlayıb. Şassi ağ-mavi rənglərə boyansa da, arxa antiqanad tamamilə qara rəngdədir.

2019-cu ildə Williams komandasında yenidən Formula 1 çempionatına qayıdan Robert Kubisa və Formula 2 çempionu Corc Rassel çıxış edəcəkdirlər. Bundan başqa, komanda baş sponsorunu da dəyişib: Martini şirkətini amerikan mobil telefonlar istehsalçısı ROKİT şirkəti əvəzləyib.