Mads Ostberq Citroen komandasına qayıdır

Norveçli pilot Mads Ostberg iki illik Ford avtomobilində çıxışdan sonra Citroen markasının zavod komandasına qayıdır.

2012-ci il Portuqaliya rallisinin qalibi fevral ayında İsveçdə keçiriləcək qarlı mərhələdə, əsas pilotlar Kris Mik və Kreq Brin ilə yanaşı “ikiqat şevronların” üçüncü avtomobilini idarə edəcəkdir. Bu barədə rəsmi bəyanət Autosport International Show sərgisində verilibdir.

Xatırladaq ki, Mads Ostberq 2014 və 2015-ci illərdə Citroen komandasında çıxış edib və yeddi dəfə podiuma qalxıb. Bu müddət ərizndə onun göstərdiyi ən yaxşı nəticə 2015-ci il mövsümündə keçirilən Meksika və Argentinadakı rallidəki tutduğu ikinci yer olub. 

ДРУГИЕ СТАТЬИ