Mercedes-Benz şirkəti dördüncü nəsil GLE ofrouderinin təqdimatına hazırlaşır. Bu günlərdə alman istehsalçısı yeni ofrouderin tizerini və interyerinin eskizlərini dərc edib.

Dərc edilmiş tizerdə avtomobilin ön tərəfinin və işıq texnikası əks etdirilmişdir.  Tizerdən də göründüyü kimi, Mercedes-Benz GLE modelinin dördüncü nəsli yeni işıq texnikasına sahib olubdur. Bundan əlavə, istehsalçı yeni modelin interyerinin eskizlərini də dərc edibdir. Əslinə qalsa, yeni GLE modelinin interyer dizaynı sirr deyildir – bir müddət bundan öncə fotocəsuslar yeni GLE modelinin prototipinin interyerinin şəklini çəkməyə müvəffəq olmuşdurlar.

Hələlik yeni model haqqında o qədər də geniş məlumat verilməyib. Məlum olan faktlardan biri yeni modelin sələfindən 80 millimetr uzun olmasıdır.  Yeni nəsil GLE köndələn stabilizatorları olmayan E-Active Body Control sisteminə sahib olacaqdır. Bundan əlavə, avtomobil Off-Road Plus rejiminə malik olan Magic Body Control sistemi ilə təchiz ediləcəkdir. Yeni rejim klirensi 50 millimetr artırmağa imkan verəcəkdir.

Avtomobilin yolsuzluq imkanlarını yaxşılaşdırmaq üçün elektronika ilə idarələnən mərkəzi differensiala və opsional ikipilləli paylaşdırıcı qutuya sahib olacaqdır. ESP sisteminin xüsusi rejimi sayəsində Mercedes-Benz GLE modeli qumdan sərbəst şəkildə çıxa bilər. Pnevoasqı ilə təchiz edilən avtomobil “tullanaraq” sürücüyə yardım edəcəkdir.

Gözlənildiyi kimi, yeni ofrouder rahat gedişi təmin edəcək pnevmatik asqı sisteminə də malik olacaqdır. Öndə quraşdırılmış kamera yolun vəziyyəti barədə məlumatı asqı sisteminə ötürərək daha rəvan gedişi təmin edəcəkdir. Yeni nəsil GLE modelinin “qaynar” GLE43 modifikasiyası hibrid güc qurğusuna malik olan GLE53 versiyası ilə əvəz ediləcəkdir.    

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt