Citroen zavod komandasından, 2018-ci il mövsümündə, Sebastyen Ojye və Sebastyen Löb ikilisinin yenidən bir komandada çıxış etmək şansının olduğunu bildiriblər.

İki Seb artıq 2011-ci ildə, «İkiqat şevronların» rənglərini birlikdə müdafiə ediblər. Lakin, çox keçmədən onların arasında münaqişə başlanıb. Belə ki, Ojye adaşını komandanın rəhbərliyini istufadə etməkdə günahlandıraraq, mövsümün sonunda WRC çempionatında debüt edən Volkswagen komandasına keçmişdi.

İndi, altı il keçdikdən sonra, onların yolları yenidən kəsişə bilər. Ojye M-Sport komandasını tərk etmək niyyətindədir, Löb isə məhdudlaşdırılmış cədvəl üzrə çıxış etmək istədiyini dilə gətirib. Bu həftə o, Citroen C3 WRC avtomobili ilə ikinci testlərdə iştirak edəcəkdir.

«2011-ci ildəki vəziyyətin təkrar olunacağına ümid etməyin, çünki Ojyenin Citroen komandasına qayıtması halında, onun əsas hədəfi çempionluq titulu olacaqdır. Löb isə, bir neçə mərhələdə iştirak edəcəkdir, - Citroen Racing rəhbəri İv Matton Autosport nəşrinə bildirib. - İlkin olaraq, Löb çınqıllı yollarda keçiriləcək testlərdə iştirak etməlidir.

Bundan sonra, onun Peugeot ilə olan əsas proqramını gözdən keçirəcəyik. Əvvəl-axır dünya ralli çempionatını tərk etmək qərarını o özü vermışdı, qayıtmaq haqqında qərarı da özü qəbul etməlidir. Lakin o, geri qayıdacağı halda, ayrı-ayrı mərhələlərdə çıxış edəcəyini bildirib. Ojye və Löbün yenidən birlikdə çıxış etməsi Citroen üçün əla olardı».