Dünya ralli çempionatının lideri Tyerri Nyovil cümə axçamı Meksikada keçirilən rallinin birinci dopunda liderliyi ələ keçirib.

Hyundai zavod komandasının belçikalı pilotu 2,5 kilometrlik tamaşaçı xüsusi hissəsində ən yeyin zamana imza ataraq Toyota komandasının eston pilotu Ott Tyanakı 1,9 saniyə üstələyib. Qüvvədə olan çempion Sebastyen Ojye belçikalıdan iki saniyə geridə qalaraq üçüncü olub. İlk beşliyi Tyanakın komanda yoldaşları Yari-Matti Latvala və Esapekka Lappi tamamlayıblar.

Keçən ilki Meksika Rallisinin qalibi Kris Mik şeykdaunda sürətli zamana imza atsa da, birinci dopda yalnız yeddinci olub. O Nyovildən 3,5 saniyə geridə qalıb. 2015-ci ilin Monte-Karlo Rallisindən sonra ilk dəfə ralli avtomobilinin sükanı arxasına qayıdan doqquzqat dünya çempionu Sebastyen Lyob liderə 4,7 saniyə geridə qalaraq onuncu olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt