Qüvvədə olan dünya çempionu Sebastyen Ojye, Dünya Ralli çempionatına qayıtmış Sebastyen Lyobun növbəti rallidə daha güclü çıxış edəcəyindən əmin olduğunu söyləyib.

Beş illlik fasilədən sonra Dünya Rallisinə qayıdan Sebastyen Lyob Meksika Rallisində  güclü çıxış edib. Fransız pilot yarışa liderlik edərək qələbə uğrunda mübarizə aparsa da, avtomobilinin təkərinin deşilməsindən sonra mərhələni beşinci olaraq başa vurub. Sebastyen Oje həmyerlisinin növbəti rallidə daha güclü çıxış edəcəyini söyləyib: “Meksika o pis çıxış etmədi. Əminəm ki, asfaltda da o güclü olacaqdır.  Sebastyen artıq bir neçə rallidə (asfaltda) iştirak edərək yenidən ritmi yaxalayıb. Çox güman ki, o Korsika Rallisində daha güclü çıxış edəcəkdir.

Mütləq avtomobilimizi yaxşılaşdırmamız gərəkdir, çünki keçən il asfaltda Citroen C3 ətçatmaz idi”.

Lyobun komanda yoldaşı Kris Mik də doqquzqat dünya çempionunun Korsika Rallisində kifayət qədər rəqabətcil olacağından əmindir. “O, Korsikada Meksikada olduğundan da yaxşı çıxış edə bilər. Korsikadakı marşrut 60% yenilənibdir ki, bu Sebastyenə mütləq yardım edəcəkdir”.

Citroen komandasının rəhbəri Pyer Byudar Lyobun Meksikada göstərdiyi sürətdən sonra qələbə şanslarının olmasına şübhə ilə yanaşmağın yanlış olduğunu bildirib. “Biz indi Korsikanı gözləyirik. Meksikada müşahidə etdiyimizdən sonra kim deyə bilər ki, o bu rallini qazana bilməz?”.