M-Sport Ford komandasının pilotu Sebastyen Ojye Dünya ralli çempionatında 10 illik çıxışını Meksika Rallisində qazandığı inamlı qələbə ilə qeyd edib. Fransız çempionatdakı ümumi birincilikdəki liderliyini də geri qaytarmağa müvəffəq olub.

2008-ci ildə Meksika Rallisində əsas çempionatda debüt etmiş fransız pilot, rəqiblərinin yarış məsafəsinin tam ortasında başına gələn problemlərindən istifadə edərək 14-cü xüsusi hissədə liderliyi ələ keçirib.

Sonuncu gün ən yaxın rəqibindən 53,9 saniyə fərqlə başlayan Ojye, Kris Mikin səhvi sayəsində günü 1 dəqiqə 13 saniyə üstünlüklə bitirib. Sondan ikinci dopun bitməsinə 4 kilometr qalmış irlandiyalı trassdan çıxaraq 40 saniyə itirib.

Nəticədə Mik əsas sırlamada ikincilikdən üçüncülüyə geriləyib. Beləliklə, finişdə Sebastyen Ojyenin ən yaxın təqibçisi Dani Sordo olub. Xatırladaq ki, bu mövsümdə Sordo üçüncü Hyundai avtomobilini Heydon Paddonla bölüşdürür.

“Fantastikadır! Bura mənim üçün xüsusi bir yerdir. Mən burada dəfələrlə podiuma qalxmışam, indi isə dprdüncü qələbəmi əldə etdim, - karyerasındakı 42-ci qələbəsini bayram edən Sebastyen bildirib. – Anlayırdım ki, start vərəqindəki ikinci yerdən yarışa başlamaq asan olmayacaq, lakin biz təslim olmadıq. Avtomobil əla işləyirdi”.

Meksikada qazandığı xallar sayəsində Ojye ümumi birincilikdə liderliyi qaytararaq, Tyerri Nyovili 10 xal üstələyir.

Trassadan çıxmasına baxmayaraq Citroen pilotu Kris Mik üçüncü yerdə finiş görüb və bu mövsümdə ilk podiumunu qazanıb. Meksika Rallisini dördüncü yerdə Hyundai komandasının digər pilotu Andreas Mikkelsen bitirib. Səhv buraxmayan və ciddi problemlərdən kənar qalan norveçli qalibdən bir dəqiqə yarım geridə qalıb.

Meksika mərhələsi 9-qat dünya çempionu Sebastyen Lyobun trimfual qayıdışına şahid ola bilərdi. Rallinin ortasında liderlik edən Lyob, təkərin deşilməsi ucbatından iki dəqiqə itirərək beşinciliyə geriləyib. Çempionatın sabiq lideri və İsveç Rallisinin qalibi Tyeri Nyovil yraışı altıncı olaraq bitirib. Cümə günü təkər deşilməsindən sonra iki dəqiqə itirən belçikalı bonus xüsusi hissəsində iki xal qazanmağa müvəffəq olub.

Toyota pilotları üçün çınqıllı Meksika Rallisi fəlakətə çevrilib. Cümə günü generator problemi yaşayan Yari-Mati Latvala 15 dəqiqə geridəqalma ilə səkkizinci olub. Espekka Lappi trassdan çıxaraq 11-ci olub. Ott Tyanak isə mühərrikin xarab olmasından sonra, qələbə şanslarından məhrum olaraq 14-cü yerdə finiş görüb.