Ralli üzrə beşqat dünya çempionu olan Sebastyen Ojye 2018-ci ildə M-Sport komandasının tərkibində yarışacaqdır.

Dünən gecə, Kəmbridən olan kollektiv fransız pilot ilə müqaviləsini uzatdığını təsdiq edib. Gələn il Ojyenin komanda yoldaşı Elfin Evans olacaqdır. Xatırladaq ki. M-Sport komandasının ikinci pilotu Ott Tyanak Toyota Motorsport ilə müqavilə bağlayıb. Eyni zamanda, M-Sport komandasının üçüncü avtomobilində yarışacaq pilotun adı yaxın zamanlarda açıqlanacaqdır. Xatırladaq ki, M-Sport bu mövsümdə hər iki çempionatda qələbə çalıb.

“Sebastyen və Elfinlə müqavilənin uzadılması bizim komanda üçün əla xəbərdir, - M-Sport komandasının başçısı Malkolm Uilson bildirib. – Bu tərkib ilə çempionluq titulunu müdafiə etmək şanslarımız daha yüksəkdir. Lakin, bu o qədər də asan olmayacaqdır. Rəqiblərimiz boş oturmayıblar. Düşünürəm ki, gələn mövsümdə mübarizə daha sıx olacaqdır.  Biz var gücümüzlə mübarizə aparacağıq”.