Subaru şirkət Yaponiya bazarı üçün nəzərdə tutulmuş yenilənmiş Forester modelini təqdim edib. Krossover dəyişdirilmiş eksteryer dizaynına, təkmilləşdirilmiş EyeSight aktiv təhlükəsizlik sistemləri kompleksinə, yenidən tənzimlənmiş asqıya, habelə eksteryer və interyerin genişləndirilmiş fərdiləşdirmə variantlarına sahib olub. Yenilənmə avtomobilin mühərrik və transmissiya çeşidinə təsir göstərməyib.

Yenilənmiş Subaru Forester modelini tanımağın ən asan yolu onun ön tərəfinə nəzər salmaqdır - yenilənmiş versiya mürəkkəb formalı LED fənərləri, başqa radiator barmaqlığı və bamperi ilə seçilir. Bundan əlavə, krossover fərqli dizayna malik olan 18-düymlük təkər disklərini əldə edib. Yenilənmiş krossoverin rəng palitrasına üç yeni çalar əlavə olunub.

2021-ci model ilinin Forester krossoverini arxadan tanımaq elə də asan deyil: burada yeni olanlar arxa bamperin örtməsi və emblemlərdir. İnteryerdə də dəyişiklik yoxdur, ancaq alıcının yeni tərtibat materialları seçmək şansı var. Üstəlik, interyeri fərdiləşdirmək imkanları da genişləndirilib.

Texniki təkmlləşdrmələr spesifikdir: yenilənmiş Forester asqının daha rahat tənizmləmələrinə malikdir. Bundan başqa, hibrid krossover pillələrin dəyişdirilməsinin adaptiv e-Active Shift Control idarə edilməsinə sahib olub.

EyeSight “yarımavtopilotunun” səmərəliliyi də yaxşılaşdırılıb - artan baxış bucağı və fərqli proqram təminatına malik olan yeni stereokamera sayəsində elektronika avtomobili kəskin döngələrdə daha inamla idarə edir və tıxaclarda ətrafdakı trafikə daha yeyin reaksiya verir.

Yaponiyada Subaru Forester əvvəlki mühərriklər ilə təklif edilir. Krossover yalnız daimi tam ötürmə sistemi və Lineartronic variatoru ilə satılır. Baza modeli 145 at qüvvəsi və 188 Nm fırlanma anı hasil edən 2.0-litrlik atmosfer oppozit mühərriki ilə təchiz olunur.

Əlavə ödəniş qarşılığında tərkibinə eyni benzin mühərrik və elektromotor (14 at qüvvəsi və 65 Nm hasil edən) daxil olan e-Boxer hibrid qurğusunu sifariş etmək mümkündür. Top versiya sayılan Forester Sport modeli 177 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən 1,8-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yaponiyada yenilənmiş Subaru Forester modelinə sifarişlər artıq qəbul olunur. Önümüzdəki həftələrdə, oxşar ssenari üzrə yenilənmiş qlobal krossover də təqdim ediləcəkdir.