Əfsanəvi “Gelendvagen”in ikinci nəsli altı il bundan əvvəl debüt edib. G-Class modelinin ümumi 45 illik tarixi fonunda bu elə də əhəmiyyətli bir dövr deyil, buna baxmayaraq, Mercedes-Benz onun tam ölçülü modernləşdirməsini həyata keçirib. Almanlar hətta yenilənmiş ofrouderi təmtəraqlı all-new (“tam yeni”) termini ilə səciyyələndirməkdən belə çəkinməyiblər, baxmayaraq ki, yenilənmə elə də geniş miqyaslı deyil.

G-Class ofrouderini pərəstişkarlarına sevdirən bucaqlı formaları toxunulmaz qalıb: xarici görünüş yalnız cizgilərlə dəyişdirilib. Yenilənmiş bamperlər və dörd üfüqi çubuğu almış radiator barmaqlığı (yenilənmədən əvvəlki modeldəki üç qoşa çubuğun əvəzinə) peyda olub. Ön şüşə dirəklərindəki örtmələr kiçildilib, yenidən işlənmiş arxa spoyler və əlavə izolyasiya materialları kərpic formasının yaratdığı aerodinamik səs-küyü azaltmaq üçün nəzərdə tutulub. Yeni mavi metallik kuzov rəngi peyda olub, standart təkər diskləri 19-düymlük ölçüyə malikdirlə, əlavə ödəniş müqabilində isə, 18 və ya 20 düymlük variantlar təklif olunur.

İnteryerdəki əsas dəyişikliklər çütlənmiş qolları olan yeni sükan çarxı və qısaldılmış mərkəzi konsoldur: indi havalandırma sisteminin mərkəzi deflektorlarının altında iki deyil, bir açarlar cərgəsi var, mexaniki saat yoxa çıxıb, mərkəzi tunel isə, daha yüksək olub. Offroad Cockpit sistemi özündə yolsuzluqda hərəkət etmək üçün elektron köməkçilər kompleksini birləşdirir və artıq digər ofrouderlərdən tanış olan yeni “şəffaf kapot” funksiyasını təklif edir.

G-Glass modeli nəhayət 12,3-düymlük sensorlu ekranı olan müasir MBUX media sistemini əldə edib. Müvafiq olaraq, firma şaybası mərkəzi tuneldən yoxa çıxıb və burada yalnız  taçpad qalıb. Havalandırma sisteminin deflektorlarının əlavə işıqlandırması, Android Auto və Apple CarPlay protokollarının simsiz dəstəyi, həmçinin USB-C çıxışları peyda olub. Naviqasiya tamamlanmış reallıq rejimi əldə edib, səs köməkçisi isə, dialoq aparmağı öyrənib.

Əlavə ödəniş müqabilində, ikinci cərgədə MBUX sisteminin iki 11,6-düymlük ekranı yerləşdirilə bilər. Digər opsional avadanlıqlara simsiz enerji doldurma sistemi, klimat-kontrolu olan stəkanaltılar, standart videoregistrator və Burmester audio sistemi daxildir. Daha çox fərdilik istəyənlər üçün Manufaktur proqramı təklif edilir: bu proqram həm paket dəstlərini, həm də ön paneldəki tutacağın üzlüyünə vurulan basma-naxış kimi fərdi həlləri təklif edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kapotun altında da böyük dəyişikliklər var. Mercedes-Benz G 500 V8 mühərriki (421 at qüvvəsi, 610 Nm) ilə vidalaşıb və indi onun yerini 449 at qüvvəsi və 560 Nm hasil edən 3,0-litrlik sıralı altısilindrli turbomühərrik tutub. G 350 d (286 at qüvvəsi) və G 400 d (330 at qüvvəsi) modellərində quraşdırılan 2,9-litrlik turbodizel isə, həcmi 3,0 litrə qədər artırılan təkmilləşdirilmiş versiya ilə əvəzlənib. 

Belə mühərriki olan Mercedes-Benz G 450 d modeli 367 at qüvvəsi və 750 Nm-ə malikdir. İndi həm benzin, həm də dizel mühərrikləri 48 voltluq elektrik üstqqurumu ilə təchiz edilirlər. Üstqurum əlavə 20 at qüvvəsi və sürətlənmənin ilk saniyələrində əhəmiyyətli olan 200 Nm fırlanma anını təmin edir. Doqquz pilləli 9G-Tronic “avtomatı”, üç differensial kilidi və azaldıcı ötürməsi olan daimi tam ötürmə sistemi dəyişməz qalıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

4,0-litrlik V8 biturbo benzin mühərriki artıq “bərkgedən” Mercedes-AMG G 63 versiyasının imtiyazıdır. Güc aqreqatının hasilatı dəyişməyib (585 at qüvvəsi, 850 Nm), lakin indi o, 48 voltluq elektrik üstqurumuna malikdir. Nəticədə yerindən 100 km/saata sürətlənmə müddəti 4,5-dən 4,3 saniyəyə endirilib, baxmayaraq ki, maksimal sürət əvvəlki kimi 220 km/saat həddində məhdudlaşdırılıb. Opsional AMG Active Ride Control asqısı peyda olub ki, bu asqı da adaptiv amortizatorlar ilə yanaşı, həm asfalt, həm də ondan kənarda eyni dərəcədə faydalı olan aktiv hidravlik stabilizatorları ehtiva edir. AMG versiyasını əvvəlki kimi, şaquli çubuqları olan radiator barmaqlığı sayəsində tanımaq olar.

Yenilənmiş G-Class yaxın aylarda satışa çıxarılacaq. Hələlik ofrouderin satış qiyməti barədə məlumat verilməyib. Hazırda Almaniyada yenilənmədən əvvəlki dizel mühərrikli G-Class modelinin qiyməti 118 min avrodan başlayır, AMG versiyası üçün isə, ən azı 187 min avro tələb olunur.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.