Mercedes-Benz-in Azərbaycandakı dilerləri yeni yolsuzluq avtomobili Mercedes-Benz GLE üçün əvvəlcədən sifarişlərin qəbulunu davam etdirir. Avtomobilin satışına 2019-cu ilin ikinci rübünün əvvəlində başlanılacaq.

Xatırladaq ki, yeni Mercedes-Benz GLE ilk dəfə olaraq 2018-ci liin oktyabrında Paris avtosalonunda təqdim edilmişdir.  Yeni Mercedes-Benz GLE-nin xarici dizaynı avtomobilin idman görünüşünü yaratmaqla yanaşı, həm də eyni zamanda SUV sinifli avtomobil seqmentində aerodinamikada yeni bir rekorda imza atmış olur. 

Modelin təkər bazası 80 millimetr artıb. Tam elektik tənzimlənməsi ilə təmin edilmiş ikinci sıra oturacaqlar əlavə rahatlığı təmin edəcəkdir. Bazara çıxmazdan öncə GLE tamamilə yeni mühərrik diapozonu, eləcə də yeni 4Matic sistemi ilə təmin olunacaqdır. 

Avtomobildə ən yeni nəsil MBUX – Mercedes-Benz User Experience multimedia sistemi istifadə olunur. Burada geniş formatlı görünüşün təmin edilməsi üçün yanaşı yerləşən, hər biri 12,3 düym (31,2 santimetr) diaqonala malik olan iki böyük ekrandan istifadə edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt