Subaru şirkəti yeni nəsil Legacy sedanın ilk tizerlərini dərc edib. Yeni avtomobil 7 fevral tarixində Çikaqo avtosalonunda debüt edəcəkdir.

Dərc edilmiş tizerdən də göründüyü kimi, yeni Legacy multimedia sisteminin böyük şaquli ekranına sahib olacaqdır. Ekran vizual olaraq üç hissəyə bölünüb: yuxarıda audiosistemin, ortada avtomobilin əsas funksiyalarını idarə edən virtual düymələr, aşağıda isə klimat-kontrolun virtual idarəetmə düymələri yerləşir. Bununla belə, bir çox fiziki düymələr də qorunub-saxlanıb. Məsələn, səs yüksəkliyi düyməsi, temperatur düymələri və arxa şüşənin qızdırılması düyməsi.

Image alt Image alt Image alt Image alt

Avtomobilin texniki hissəsindəki dəyişikliklər barədə məlumat verilməyib. Çox güman ki, sedan 264 at qüvvəsi və 374 Nm fırlanma anı hasil edən 2,4-litrlik turbomühərrik və variator ilə təchiz ediləcəkdir. Bu tandem hazırda Subaru Ascent modelində tətbiq edilir. Son dəfə Legacy modeli 2017-ci ildə yenilənib.