Mercedes-Benz E-Class sedan və universalının restaylinq keçəcəyi heç kim üçün sirr deyil. Artıq yenilənmiş modelin nə zaman debüt edəcəyi də məlumdur. Çox güman ki, yenilənmiş E-Class ilin sonunda işıq üzü görəcəkdir.

Bu günlərdə fotoqraflar yenilənmiş Mercedes-Benz E-Class sedanının kamuflyaja bürünmüş prototipini şimalda keçirlən testləri zamanı çəkiblər. Üç il bundan öncə Detroytda debüt etmiş avtomobilin kuzovu dəyişilməyib. Böyük ehtimalla, yeniliklər işıq texnikası, radiator barmaqlığının tərtibatı və bamperlərin dizaynı ilə məhdudlaşacaqdır.

Dərc edilmiş şəkillərdən də göründüyü kimi, E-Class modeli yeni GLE, CLA və AMG GT modelindəkinə bənzər dizayna malik olan ön fənərlər sahib olacaqdır. Radiator barmaqlığında dəyişikliklərin də olacağı şəkillərdən aydın şəkildə görünür. Böyük ehtimalla, barmaqlıq aşağıya doğru genişlənəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Arxa hissədə də dəyişiklər olmalıdır. Böyük ehtimalla, arxa fənərlərin ölçüləri və konturları dəyişəcəkdir. Çox güman ki, fənərlər bir qədər baqaj qapağına da daxil olacaqdırlar. Təəssüflər olsun ki, cəsuslar avtomobilin salonunu çəkə bilməyiblər. Şayiələr görə, yeni A-Class modelinin üslubunda olan ön panelə sahib olacaqdır və multimedia sisteminin şaybasından məhrum olacaqdır.

Mühərrik çeşidinə gəldikdə isə, burada elə də böyük dəyişikliklərin olacağı ehtimal edilmir. Hazırki mühərriklər yeni WLTP tələblərinə cavab verirlər. Avtomobil haqqında ətraflı məlumat onun payızda keçiriləck debütü zamanı veriləcəkdir.