DTM çempionatının Lauzitsrinqdə keçirilmiş 500-cü yarışı Audi markasının triumfu ilə nəticələnib. İnqolştadt markasının pilotları tam tərkibdə il onluqda yer alıblar. İlk onluğa daxil olmağı bacarmış Münhen təmsilçiləri Marko Vittmann və Filipp Enq, müvafiq olaraq, altıncı və onuncu yerdə finiş görüblər.

Qırmızı işıqların sönməsi ilə möhtəşəm start alan Rene Rast öndəki pilotları keçərək, ilk döngəyə ikinci olaraq daxil olub. Niko Müller isə, əsas rəqibindən fərqli olaraq uğursuz start alıb və geriyə düşüb.  Bir müddət sonra, Rene Rast lider Ceymi Qrini haqlayaraq onu da arxada qoyub. Bundan sonra, alman pilota yarışın gedişinə nəzarət edərək qalibiyyətini rəsmiləşdirmək qalıb. 

Yeganə pit-stoplardan sonra Müller ikinciliyə yüksəlməyə müvəffəq olsa da, Rasta hücum etmək imkanına malik olmayıb. Rast isveçrəli pilot ilə ara məsafəsini açaraq, rahat şəkildə finiş xəttini birinci olaraq keçib. Niko Müllerin ardınca finiş xəttini keçən pilot Mayk Rokenfeller olub. Alman pilot yarışın sonlarına yaxın Ceymi Qrinin hücimlarından qorunmaq məcburiyyətində qalıb.

Marko Vittmann da yaxşı çıxış edərək altıncı yerdə finiş görüb. İlk onluqda təmsil olunmuş digər BMW pilotu Filipp Enqdir. Digər BMW və Aston Martin  pilotları ilk onluğun xaricində qalıblar. Aston Martin pilotlarında ən yaxşı nəticə göstərən yarışı 12-ci yerdə bitirən Daniel Hunkadelya olub. Dünənki uğursuzluqdan sonra, bu günki qələbə sayəsində Rene Rast əsas rəqibi olan Niko Müller ilə xal fərqini 20 xala çatdırıb. Markalar və komandalar çempionatına isə əvvəlki kimi Audi liderlik edir.