Kaliforniyada yerləşən Icon atelyesi Montereydə keçirilən Avtomobil həftəsində bərpa edilmiş və təkmilləşdirilmiş 1949-cu ilin Hudson kupesini nümayiş etdirib. 70 illik yaşı olan qara rəngli Hudson kupesi Tennessi ştatındakı qarajların birində baxımsız şəkildə aşkar edilib.

Avtomobilin yeni sahibi nadir avtomobili metal qırıntısına verməkdənsə, onu bərpa edərək restomoda çevirmək qərarına gəlib. O, arzusunu yerinə yeritmək üçün daimi müştərisi olan Icon atelyesinə müraciət edib. 

Kaliforniyalılar avtomobili Chevrolet Corvette modelinin 6,2-litrlik kompressorlu V8 mühərriki və dördpilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediblər. Ötürmə arxa çəkişli qalsa da, avtomobilin arxaik bütöv arxa körpüsü müasir müstəqil asqı ilə əvəzlənib. Bundan başqa, kupe müasir Brembo əyləc mexanizmlərinə də sahib olub. Ön rama alıtlığı isə, yeni mühərrikə uyğun olaraq yenidən hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hudson modeli həmçinin, heyranedici interyerə də sahib olub. Kupenin salonu əllə rəngləniş timsah və dana dərisi ilə üzlənib. Salon döşməsi və ayaqaltılar əsl yundan hazırlanmış material ilə örtülüb.  Dəstəklər yenidən alüminiumdan hazırlanmış, işıqlandırma lampaları isə işıqdiodları ilə əvəz edilmişdir. Əlavə olaraq, kondisioner də quraşdırılmışdır. 

Restomodun hazırlanmasına 400 saat əl əməyi sərf edilib. Layihənin qiyməti açıqlanmayıb.