ABT Sportsline tüninq atelyesi Audi Q8 krossoveri üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Kemptendən olan atelye Audi markasının bayraqdar krossoveri üçün yeni aerodinamik kuzov dəstini hazırlayıb. Dəstin tərkibinə ön və arxa bamperdəki əlavələr, həmçinin damda quraşdırılan spoyler daxildir. Dəstin bütün elementləri qara parlaq rəngə boyanıb. Zahiri təkmilləşdirmələri 22-düymlük ABT Sport GR təkər diskləri tamamlayır. Bundan başqa, krossover üçün 23-düymlük disklər də nəzərdə tutulubdur.
Avtomobilin interyer tərtibatından karbondan geniş istifadə edilir. Karbon lifindən hazırlanmış dekor elementlərini ötürmələr qutusunun dəstəyində və onun ətraffında da görmək olar. Bundan başqa, karbonda oturacaqların əsasında görmək olar. Salonda əsl metaldan hazırlanmış start/stop düyməsi, qapılarda isə atelyenin loqotipini yol səthinə proyeksiya edən sistem quraşdırılıb.
Güc aqreqatına gəldikdə isə, atelye mütəxəssisləri 3,0-litrlik dizel mühərriki ABT Engine Control firma modulu ilə təchiz ediblər. Nəticədə, dizel aqreqatın gücü 286-dan 330 at qüvvəsinə, fırlanma anı isə, 600-dən 650 Nm qədər artıb. Bu yeniliklərin modelin dinamik xarakteristikalarına necə təsir etdiyi açıqlanmayıb. Lakin, krossoverin çipr-tüninq ilə yanaşı, onun pnevmoasqısının hündürlüyünü tənzimləməyə imkan verən modulu əldə etdiyi məlumdur. Kemptenlilər təkmilləşdirmə proqramının da qiymətini açıqlamayıblar.