Alfa Romeo Tonale modelinin tizer kampaniyasını davam etdirir. Xatırladaq ki, yeni Tonale modelinin təqdimatı sabah keçiriləcəkdir. Yeni modelə olan marağı yeni tizer artırmalıdır. Alfa Romeo şirkətinin Facebook sosial şəbəkəsində yaydığı 14 saniyəlik videoçarxda krossoverin arxa hissəsındəki Tonale yazısını və Alfa Romeo emblemini görmək olar. Bunun ardınca kamera Veloce yazısına yönəlir. Bu isə, Alfa Romeo Tonale krossoverinin “qaynar” versiyasına birbaşa işarədir.

Bu günə qədər italyan markası yeni krossoverin oturacaqlarının, ön panelinin, habelə radiator barmaqlığının üçölçülü naxışını və yeni formalı Alfa Scudetto “qalxanını” nümayiş etdirib. İlkin məlumatlara görə, Tonale modelinin 1,3-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Adi halda mühərrik 160 at qüvvəsi, hibrid əlavəsi olan versiyasının isə 180 at qüvvəsi hasil ediləcəyi söylənilir. Çox güman ki, Veloce versiyasında quraşdırılacaq hibrid güc aqreqatı 240 at qüvvəsi təklif edəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.