Bavariyanın Alpina Automobiles şirkəti yenilənmiş XD3 və XD4 krossoverlərini təqdim edib. Artıq Alpina adını daşıyan dizel krossoverlər yenilənmiş X3/X4 modellərinin bazasında inşa ediləcək ki, bu da yalnız yenilənmiş xarici görünüş deyil, eyni zamanda müvafiq yeniliklərin, məsələn, klimat-kontrolun yeni blokunun, 3 Series sedanından götürülmüş mərkəzi konsolun və iDrive 7 multimedia sisteminin quraşdırılması deməkdir.

Əsas odur ki, hər iki Alpina krossoveri dördd turbokompressorlu 3,0-litrlik altısilindrli mühərriki qoruyacaq, üstəlik dizel aqreqatı daha güclü olacaqlar. Yenilənmədən əvvəl bu aqreqat 388 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edirdisə, indi onun hasilatı 394 at qüvvəsi və 800 Nm olacaqdır. Müqayisə üçün: BMW X3/X4 M40d top dizellərinin arsenalında cəmi 340 at qüvvəsi və 700 Nm fırlanma anı var. Alpina krossoverlərinin dinamikası da daha yaxşıdır:  Buxloedən olan krossover 100 km/saat həddinə 4.6 saniyəyə (- 0,3 saniyə) sürətlənir.

Image alt Image alt Image alt Image alt

Alpina XD3/XD4 modellərinin standart avadanlıqlarna özünəməxsus tənzimləmələrə malik olan elektron idarəetməli amortizatorlar, arxa oxdakı özükilidlənən differensial və 20-düymlük təkər diskləri daxildir. Ayrıca, krossoverlər xDrive tam ötürməsinin və vurnuxmaya qarşı Performance Control nəzarət sisteminin xüsusi tənzimləmələri ilə seçiləcəkdirlər. Əlavə ödəniş qarşılığında, BMW şirkətinin lazer fənərlərindən tutmuş M oturacaqlarına qədər olan opsiyaların tam dəsti təklif edəcəklər.

Krossoverlərə sifarişlər artıq qəbul edilir. Almaniyada adi Alpina XD3 krossoveri ən azı 85.900 avroya, kupeşəkilli XD4 modeli isə 89.100 avroya başa gəlir. BMW X3/X4 M40d krossoverlərinin qiyməti müvafiq olaraq 73.500 və 75.800 avrodan başlayır. (c) Autograph.az