BMW Blog portalı yeni M4 CS versiyasının təqdimatının may ayında baş tutacağını bildirir. Hardkor kupe keçən il debüt etmiş BMW M3 CS sedanından minimal fərqlərə malik olacaq: o, güc qurğusu və kuzov dəsti baxımından sedanı təkrarlayacaq. M4 CS kupesinin Nürburqrinqin ən sürətli seriya BMW avtomobili olacağı gözlənilir. Hardkor kupenin istehsalına iyul ayında start veriləcək və onun bütün tirajı (təxminən 2000 ədədə qədər) 12 ay ərzində, yəni 2025-ci ilin iyun ayına qədər yığılacaq.

BMW M4 CSL

İnsayderlər hesab edirlər ki, BMW M4 CS kupesi ekstremal CSL versiyasından bir qədər sadə olacaq: arxa oturacaqlar saxlanacaq, lakin hardkor kupe arxa ötürməli deyil, tam ötürməli olacaq. M4 CS modelinin əsasını Competition xDrive tərtibatına malik olan yenilənmiş kupe təşkil edəcək. Beləliklə, hardkor kupe lazer işıqlarına, adaptiv matris fənərlərinə və aktiv arxa differensiala malik olmalıdır. 

BMW M3 CS

3,0-litrlik altısilindrli turbomühərrik 550 at qüvvəsi və 650 Nm hasil edəcək və 8-pilləli “avtomat” ilə tandemdə çalışacaq. Mühərrikin hasilatının artırılmasına proqram təminatının yenidən yazılması, üfürmənin təzyiqinin yüksəldilməsi, dirsəkli valın dəyişdirməsi və yeni podşipniklər quraşdırması sayəsində nail olunacaq. Çəkinin əhəmiyyətli dərəcədə azaldılması ehtimalı minimaldır: M3 CS sedanı orijinaldan 20 kiloqram yüngüldür, ona görə də kupeni şərti olaraq “superyüngül” adlandırmaq olar.

BMW M3 CS

BMW M4 CS haqqında bütün təfərrüatlar iki ay ərzində açıqlanmalıdırlar. Xüsusi versiya əlbəttə ki, ucuz olmayacaq: CS hərfi olan sedan üçün demək olar ki, 50% artıq ödəniş etmək gərəkdir, odur ki, BMW şirkətinin marjanı azaltması üçün heç bir səbəb yoxdur. Bu il eyni reseptlə hazırlanmış M3 CS universalı peyda da ola bilər.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.