Bu gün Aston Martin şirkəti özünün Instagram səhifəsində Valkyrie hiperkarının növbəti şəkillərini dərc edib. Red Bull Racing Formula 1 komandasının rəhbəri Kristian Horner “təkər üzərində diffuzor” adlandırılan hiperkarın modelləşdirmə mərhələsində olduğunu və gələn ilin sonuna kimi real prototipin yol sınaqlarına çıxacağını bildirib.

Yeni şəkillərdə əks etdirilən hiperkar keçən il təqdim edilmiş modeldən kuzovun ikirəngli qradient boyanması, özək şəklində dizayna malik olan təkər diskləri, alın şüşəsiləninin bərkitmə nöqtəsi  və oturacaqların açıq rəngli materialı ilə seçilir.

Aston Martin şirkəti hiprkarın əsasını Cosworth şirkəti tərəfindən tərəfindən hazırlanmış və 1146 at qüvvəsi hasil edən 6,5-litrlik V12 atmosfer mühərriki təşkil edən hibrid güc qurğusuna sahib olacaqdır. Hiperkarın elektrik komponentlərini Rimac, yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusunu isə Ricardo firması hazırlayacaqdır.

Image alt Image alt Image alt