Audi şirkəti Q5 və A7 Sportback modellərinin qoşulan hibrid modifikasiyalarını təqdim etdikdən sonra, PHEV ailəsini genişləndirməyə qərar verib. Bu dəfə elektrikləşmə növbəsi bayraqdar A8 sedanına və Q7 krossoverinə gəlib çatıb. Zahiri cəhətdən qoşulan hibridlər yüngül şəkildə təkmilləşdirilmiş bamperlər və altında yükləmə nöqtəsi yerləşən əlavə qapaq sayəsində tanımaq olar.

Qoşulan hibridlərin interyerində hibridlərə xas olan məlumatı əks etdirən yenilənmiş cihazlar panelini və güc qurğusunu elektriklə qidalanmaya çevirən düyməni görmək olar. Yeri gəlmişkən 60 TFSI e indeksinə sahib olmuş hər iki model elektrik ötürməsi ilə 40 km qət etmək imkanına malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi Q7 60 TFSI e və Audi A8 L 60 TFSI e modellərinin güc aqreqatının tərkibinə 3,0-litrlik V6 mühərriki və benzin aqreqatı ilə transmissiyasının arasında yerləşən elektromotor daxildir. Hibrid qurğunun hasilatı 450 at qüvvəsi və 700 Nm fırlanma anıdır. Səkkiz diapazonlu avtomatik qutu və     quattro ötürmə sistemi ilə təchiz edilmiş modellər 100 km/saat həddini 6,0 saniyəyə toplayırlar. Bəyan edilmiş maksimal sürət həddi 241 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Maye ilə soyudulan akkumulyator batareyası hər iki halda baqaj bölümünün döşəməsinin altında yerləşir. Q7 modeli 17,3 kVs, A8 isə 14,1 kVs-lıq batareya ilə təchiz edilir.

Hər iki qoşulan hibridin satışlarına yaxın zamanlarda start veriləcəkdir. Hibrid qurğuya malik olan A8 sedanını standart və uzunbazalı variantda sifariş etmək olar.