Audi və First Automotive Works (FAW) şirkətlərinin 30 illik əməkdaşlıq yubileyinə həsr edilmiş bayram tədbirində Q2 L e-tron modelinin ilk təsviri nümayiş etdirilibdir. Audi şirkətinin xüsusi olaraq çin bazarı üçün nəzərdə tutduğu ilk elektrokarı gələn ildən başlayaraq satışa çıxacaqdır.

Elektrik krossoveri barədə məlumat verilməyib. Bu səbəbdən də yalnız dolaşan şayiələr barədə danışmaq olar. İlkin məlumata görə, modelin əsasını MQB modul platformasının təşkil edəcəkdir. Dolu batareyalar ilə elektrokar 500 kilometr məsafə qət etməlidir. Krossoverin xarici görkəmi daha ənənəvi olacaqdır. Alman istehsalçısı yerli tələbatı nəzərə almaq məcburiyyətindədir.

Başqa bir versiyaya görə, şəkildəki avtomobil eksizdir. Audi Q2 L e-tron modelinin dizaynı böyük e-tron modelinin üslubunda olacaqdır.