Azərbaycanlı alıcıların qəlbinə yol tapmaqda uğursuzluğa düçar olmuş Audi Q2 krossoveri yenilənəcəkdir. Artıq yenilənmiş modelin prototipi şimalda sınaqdan keçirilir. Alman şirkəti 2016-cı ildə debüt etmiş avtomobili plan üzrə 2020-ci ildə yeniləməlidir.

İsveçdəki sınaqlar zamanı çəkilmiş şəkillərdən də göründüyü kimi, yenilənmiş Audi Q2 krossoveri ən azından yeni bamperlərə və işıq texnikasına sahib olacaqdır.  Avtomobilin salonunda da müəyyən dəyişikliklər baş verməlidir. Məsələn, multimedia sistemi daha mütərəqqi funksiyalara malik olacaqdır.

Ən maraqlısı odur ki, sınaq prototipi yeni ön fənərlərlə təchiz edilib və bu fənərlərin üzərində heç bir kamuflyaj örtüyü yoxdur. Ön fənərlərin əksinə olaraq arxa fənərlərin tərtibatında yenilik yoxdur – çox güman ki, tərtibatı yenilənmiş arxa işıq texnikası sonrakı prototiplərdə quraşdırılacaqdır.