Bu günlərdə Almaniya yollarında cüzi kamiflyaja malik olan Audi Q8 krossoveri cəsusların obyektivlərinə tuş gəlib. Minimum kamuflyajla örtülmüş avtomobilin yollara çıxmasının bir səbəbi ola bilər: tezliklə seriya modeli təqdim ediləcəkdir. Fotoşəkillər Auto Express nəşri tərəfindən yayılıb.

Bizim qənaətimizcə, İnqolştat istehsalçısının bayraqdar krossoveri olacaq Audi Q8 modeli bir neçə gündən sonra işinə başlayacaq Detroyt avtosalonunda təqdim edilə bilər. Əgər xatırlayırsınız isə, Q8 modelinin carçısı olan eyni adlı konseptual krossover məhz keçən il Detroytda nümayiş etdirilmişdi. Əvvəllər də bildirildiyi kimi, texniki cəhətdən Q8 modeli Audi Q7 krossoveri ilə eyni olacaqdır. Bununla belə, yeni model Audi Q7 modelindən fərqli olaraq daha dəbdəbəli interyerə malik olacaqdır. Audi Q8 modelinin top-variantının qiyməti 100 min avrodan yuxarı olacaqdır. Almaniya yollarında rast gəlinən avtomobildə kamuflyajın yalnız Audi embleminin və arxa fənrələrin bir hissəsinin üzərini örtüyünü görürük. Bu da Q8 modelinin arxa işıq texnikasının bayraqdar sedanı olan A8 modelində olduğu kimi bir xəttlə birləşəcəyindən xəbər verir.

Əlbəttə ki, Audi şirkəti Q8 modelini Detroytda nümayiş etdirməsə, yeni krossoverin mart ayında Cenevrədə keçiriləcək avtosalonda işıq üzü görməsi şansları artmış olur. 

Image alt Image alt Image alt Image alt Image alt