Audi şirkəti R8 RWD modelinin unikal Panther Black rənginə boyanmış xüsusi seriyasını təqdim edib. Kristal effekti olan qeyri-adi boya, müəyyən işıqlandırma şəraitində tünd-bənövşəyi rəngdə parıldayır və kupeyə panter ilə bənzərlik verir. Audi R8 RWD Panther modeli 30 nüsxəlik tirajla buraxılacaqdır. Bütün seriya yalnız Şimali Amerikada satılacaqdır.

Ekslüziv kuzov rəngi Audi R8 RWD Panther Edition modelinin yeganə vizual fərqi deyil. Xüsusi seriyadan olan kupelər mürəkkəb dizaynı və moruğu rəngli vurğuları olan xüsusi tutqun rəngli təkər diskləri, "antixrom" və karbon dəsti ilə təchiz edilir. Sonuncunun tərkibinə karbondan hazırlanmış yan hava girişləri və güzgülər daxildir.

Salon tərtibatında tünd boz rəngli alkantara, karbon lifindən, qara dəri və moruğu rəngli Nappa dərisindən istifadə olunur. Qırmızı rəngli tikişlər tünd interyeri bir qədər canlandırır: belə tikişlər panellərdə, sükan çarxında, qapı kartlarında və hətta xalçalarda da var.

Audi R8 RWD Panther Edition modeli zəngin təchizatı ilə də seçilir: 13 dinamikli Bang & Olufsen səs sistemi, kandarların işıqlandırması, idman buraxılış sistemi və dinamik dönmə siqnalları olan matrisa LED fənərləri kupenin standart avadanlıq siyahısına daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən xüsusi versiya adi arxa ötürücü R8 RWD modelindən fərqlənmir. Kupe 540 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 mühərriki və 7-pilləli preselektiv "robot" ilə təchiz edilir. Yerindən 60 mil/saat (97 km/saat) həddinə kupe 3,6 saniyəyə sürətlənir və 323 km/saatlıq maksimal sürət həddinə malikdir.

Audi R8 RWD Panther Edition modeli ABŞ-dakı satış qiyməti 183,300 dollardan başlayır. Bu adi R8 RWD modelindən 40,600 dollar bahadır. Artıq qeyd etdiyimiz kimi, xüsusi seriyadan olan kupelərin tirajı 30 nüsxə ilə məhdudlaşır.