Audi Sky Sphere (“Səma Kürəsi”) konseptinə olan marağı artırmağa davam edir. Qeyd etmək gərəkdir ki, Sky Sphere üç dəbdəbəli konseptdən birincisidir. Audi şirkəti yenidən konseptin eksteryer dizaynına müraciət edib və daha xırda detalları nümayiş etdirib. Bu detalların arasında təkər disklərinin mürəkkəb tərtibatı da daxildir.

Audi Sky Sphere konseptinin təqdimatı 10 avqustda Malibudakı Four Rings dizayn-mərkəzində keçiriləcəkdir.

Yeni tizerlərdə, yenə də nazik fənərlər və radiator barmaqlığını yerində quraşdırılmış üçbucaq formalı bəzəkləri olan bağlı panel görünür. Lakin bu dəfə baxış bucağı başqadır. Arxa tərəfdə isə, Sky Sphere bənzər işıq naxışı olan işıq texnikasını və qırmızı rəngli dörd üzüklü emblemi alıb.

Xatırladaq ki, bir müddət bundan öncə alman markasının vitse -prezidenti Henrik Venders və baş dizayneri Mark Lixte çəkdikləri xüsusi videoçarxda ilk “kürəvi” konsept haqqında danışıblar. Onlar Sky Sphere kabrioletinin 1930-cu ilin Horsch 853A modelindən ilham alınaraq yaradıldığını bildiriblər. Mark Lixte Sky Sphere kabrioletini "idman avtomobili-transformer" kimi səciyyələndirib, şou-karın təchiz edildiyi avtonom idarəetmə sistemini isə, "dəbdəbənin zirvəsi" adlandırıb. 

Image alt Image alt Image alt Image alt

Audi Sky Sphere konseptinin salonu hələlik nümayiş etdirilməyib. Avtopilotun mövcudluğunu nəzərə alsaq, konseptin salonunda  bir-birinə tərəf dönə bilən ultrarahat kresloların quraşdırılacağını ehtimal etmək olar.

Sky Sphere modeli elektrik güc qurğusu ilə hərəkətə gələcək və gələcək Project Artemis platformasına əsaslanacaqdır. Elektrokarın yürüş ehtiyatı hələlik gizli saxlanılır. Lakin Mercedes-Benz şirkətinin 1200 kilometrlik mənzili olan elektrik konseptini təqdim etməyə hazırlaşdığını nəzərə alsaq, Audi konseptinin də kifayət qədər uzun mənzilə malik olacağını gözləmək olar.

Sky Sphere konsepti üç dəbdəbəli elektrokarlardan yalnız biridir. Onu Urban Sphere və Grand Sphere modelləri təqib edəcəklər. Sonuncunun Audi A8 bayraqdar sedanının varisi olacağı gözlənilir. İlkin məlumatlara görə, hər üç konsept bir il ərzində debüt etməlidirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.