Keçən bazar günü Atlantada (Corciya) keçirilən ABŞ-ın milli futbol liqasının Super Bowl adlı final oyunu baş tutub. Mercedes-Benz Stadium-da keçirilən oyunun televiziya ilə nümayişi Amerikanın ən reytinqli verlişidir. 100 milyon insanın tamaşa etdiyi verlişdə reklam nümayiş etdirmək istəyənlərin sayı isə kifayət qədərdir.

İndi isə, belə bir yüksək reytinqə malik olan televerlişdəki reklamın qiymətini özünüz təsəvvür edin.  1967-ci ildə "Superboulda" nümayiş etdirilən 30 saniyəlik reklamın qiyməti 42 min dollar təşkil edirdisə, bu gün finalı göstərmək hüququna malik olan CBS kanalı 30 saniyəlik reklam üçün 5,1 milyon dollar tələb edir.

Beləliklə, bu il avtomobil istehsalçıları arasında dörd dəqiqəlik reklam çarxı göstərən Lexus rekorda imza atıb. Lakin, videoçarx teleyayım zamanı nümayiş etdirilməyib: yaponlar bir qədər ağıllı tərpəniblər - şirkət futbol mövzusunda çarx çəkərək, onu YouTube kanalında dərc ediblər. Çarxa baxanlar çox olacaq, efirə görə isə pul ödəmək gərək olmayacaq.

Audi şirkəti də bu fürsətdən istifadə etmək qərarına gəlib və videoçarx hazırlayıb. Çarxda gözəl məkanda ev və bərkgedən modellərin olduğu qaraj təsvir edilib. Əgər bu çarxdakı kimi sizi xilas edib, həyata qaytarmasalar...