Audi şirkəti yeni nəsil Q3 modelinin “bərkgedən” RS modifikasiyasının sınaqlarına başlayıb. “Bərkgedən” krossoverin sınaqları ən mürəkkəb hava şəraitində, sürüşkən və buzlu yollarda həyata keçirilir.

Peşəkar olmayan şəxslər fotoşəkillərdə əks olunan şəkillərin adi Audi Q3 krossoverinə aid olduğunu da söyləyə bilərlər. İnqolştadtdan olan mühəndislər komandasının “bərkgedən” krossoverlər yaratmaq üslubu bizə tanışdır və çox zaman belə krossoverlər adisindən elə də ciddi şəkildə fərqlənmirlər. Eyni sözləri cəsusların Şimal qütbündə yaxaladıqları ikinci nəsil Audi RS Q3 modeli barədə də bunu söyləmək olar.

Image alt Image alt Image alt Image alt Image alt

Məlum məsələdir ki, Audi Sport bölümünün hazırladığı krossover iri hava girişləri olan ön bamper, güclü əyləc mexanizmlərini gizlədən yeni təkər diskləri və ümumilikdə aqressiv görünüşə malik olan aerodinamik kuzov dəsti təchiz edilib. Arxa hissədə isə RS modellərinə xas olan oval formalı çxış borularını görmək olar. Bu, eyni zamanda, modelin idman buraxılış sisteminə malik olduğundan xəbər verir.

“Bərkgedən” Q3 modelinin texniki xüsusiyyətləri açıqlanmasa da, onun RS3 və TT RS modellərindən tanış olan 400 at qüvvəli 2,5-litrlik turbomühərriklə təchiz ediləcəyi söylənilir. Audi RS Q3 modelinin 2020-ci ildən tez debüt etməyəcəyini də gözləmək olar. Ənənəyə uyğun olaraq,  ilk növbədə “qaynar” Audu SQ3 krossoverini təqdim etməlidir.