Aston Martin şirkətinin eksklüziv aksesuarların hazırlanması üzrə ixtisaslaşan Q bölməsi DBX modeli üçün bir sıra unikal opsiyaları hazırlayıb. Bu dəfə Aston Martin Q bölməsinin mütəxəssisləri öz qüvvələrini DBX idman krossoverinin təkmilləşdirilməsi üçün səfərbər ediblər. Britaniyalılar, eksklüziv opsiyaların tam dəstinə sahib olmuş unikal avtomobili ilk dəfə Cenevrə avtosalonunda nümayiş etdirəcəkdirlər.

Aston Martin şirkətindən Q bölümünün hər zövqə və büdcəyə uyğun olan şeyləri təklif edə biləcəyini xüsusi ilə vurğulayıblar. Bölmə üçün yeganə məhdudiyyət müştərinin xəyalı və bank hesabının ölçüsüdür. Məsələn, Q bölməsinin hazırladığı DBX krossover parlaq qara rəngə boyanmış 22-düymlük təkər diskləri ilə təchiz olunmuşdur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin kuzovu tutqun lakla örtülmüş xüsusi tünd-boz Satin Xenon Grey rənginə boyanmış, həmçinin bamper və kandarlara vurulan karbondan hazırlanmış aerodinamik elementlər ilə bəzədilmişdir.  Aston Martib DBX krossoverinin interyerinin seçilən cəhəti mərkəz konsol və qapı panellərinin karbondan hazırlanmış dekor elementləridir.

Aston Martin şirkəti bu elementlərin hazırlanması üçün üçün Q bölümünün mütəxəssislərinin karbon lifinin 280 qatını əllə sərdiklərini və alınmış parçanın xüsusi sobada 12 saat bişirdiklərini bildirib. Sonra, bu karbon parçasının istənilən formanı alması üçün 90 saat ərzində beşkoordinatlı frezer dəsgahında emal olunur. Bütün bu təkmilləşdirmələr artıq dəbdəbəli Aston Martin DBX krossoverlərinin sahibləri üçün əlçatandır.