Aston Martin şirkəti və uşaq avtomobillərinin istehsalçısı olan Little Car Company şirkəti klassik DB5 modelinin replikasını təqdim ediblər. Orijinal modeldən fərqli olaraq, uşaq avtomobili 2:3 nisbətində hazırlanıb və elektrik ötürməsi ilə hərəkət edir. Eyni zamanda, uşaq avtomobilinin qiyməti real avtomobildən heç də fərqlənmir - tərəfdaşlar onu 35 - 45 min funt sterlinq arasında qiymətləndiriblər.

Elektrik Aston Martin DB5 modeli iki versiyada təklif ediləcəkdir: DB5 Junior və DB5 Vantage Junior. Uşaq avtomobilinin tirajı, orijinal model kimi 1079 ədəd olacaqdır. Uşaq avtomobilinin ilk alıcıları əsl DB5 modellərinin sahibləri olacaqdır, üstəlik uşaq avtomobilinin şassi nömrələri ilə alıcılara məxsus olan vintaj avtomobilin şassi nömrələri ilə eyni olacaqdır.

İstəyə bağlı olaraq, DB5 Junior modelini tarixi dövrə uyğun olan rəngdə boyana bilər. Qeyd etmək lazımdır ki, uşaq avtomobili üçün standart rəng Silver Birch rəngi olacaqdır. Bununla yanaşı, interyer tərtibatını seçmək və opsional aksesuarları sifariş etmək olar. Bunlara misal kimi örtüyü, nəql üçün futlyarı, alətlər dəstini və ya nömrə nişanlarını göstərmək olar.

Aston Martin DB5 Junior modelinin əsasını alüminiumdan hazırlanış şassi təşkil edir. Kompozit kuzov panelləri ilə birlikdəı avtomobilin çəkisi 270 kiloqradır. Ön asqı ikiqolludur, arxada isə Panhard qolu olan bötöv körpü quraşdırılıb. Rodster arxa oxa quraşdırılmış beş kilovat (6,8 at qüvvəsi) gücə malik olan elektrik mühərriki ilə hərəkətə gəlir.

Güc aqreqatı kapotun altından quraşdırılmış çıxarıla bilən akkumulyatordan qidalanır. DB5 Junior dolu batareya ilə 16-32 kilometr məsafəni qət edir, lakin ehtiyat batareyasını alaraq bu məsafəni iki dəfə artırmaq olar. Avtomobilin içərisində yürüş ehtiyatını və mühərrik temperaturunu göstərən Smith cihazları, həmçinin bir yetkin və bir uşaq üçün nəzərdə tutulmuş iki dəri kreslo quraşdırılıb.

DB5 Junior elektrik mühərrikinin gücü salondakı açar vasitəsi ilə tənzimlənir. Seçim üçün üç profil mövcuddur. Novice rejimində mühərrik bir kilovat (1,36 at qüvvəsi) hasil edir, maksimum sürət 19 km/saatı keçmir. Bundan əlavə, bu rejimdə avtomobili brelokdan istifadə edərək məsafədən "söndürmək" olar.

Expert rejimi mühərrikin hasilatını beş kilovata, sürəti isə 48 km/saata artırır. Race rejimində TCR və GT3 yarışlarında müxtəlif avtomobillərin imkanlarını bərabərləşdirmək üçün istifadə olunan Balance of Performance (BOP) sistemindən istifadə olunur.

Adi versiya ilə yanaşı alıcılara "bərkgedən" DB5 Vantage Junior modelini təklif ediləcəklər. Vntage versiyası adi variantdan arxa oxda quraşdırılmış məhdud sürtünməli differensialı, karbonplastikdən kuzovu və standart təchizata daxil olan ikinci batareyaya ilə fərqlənir.

Bundan əlavə, Vantage indeksli modelin elektrik mühərrikinin gücünü 10 kilovata (13,6 at qüvvəsi) qədər artıran dördüncü rejimə malikdir. Elektrokarın hər iki variantı havalandırılan əyləclər mexanizmləri və rekuperasiya sistemi ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

DB5 Junior modelinin qiyməti 35.000 funtdan, DB5 Vantage Junior modelini qiyməti isə 45.000 funt sterlinqdən başlayır. Uşaq avtomobillərinin istehsalı gələn il başlanacaqdır. Avtomobillərin bütün tirajının buraxılmasına iki ilə yaxın vaxt sərf ediləcəkdir.