Audi şirkətinin baş direktoru Markus Dyusmann, Speigel və BCG tərəfindən təşkil edilmiş İqlim konfransı çərçivəsində iqlimin dəyişməsinin əsas səbəbinin karbohidrogenlərin hasilatının olduğunu bildirib. “İqlimin dəyişməsi yer altından çıxarılan yanacaq ilə əlaqədardır. Buna son verilməlidir. Bizə yer altından çıxarılan yaanacaqdan azad olan cəmiyyət lazımdır”, - Dyusmann qeyd edib. O, buna elektrikləşdirmə sayəsində nail olmaq niyyətindədir, lakin alman brendinin elektrik ötürməsinə tam keçməsi üçün 10 ildən çox vaxt gərəkdir.

Artıq Audi şirkəti 2025-ci ilə qədər model xəttində 20 tam elektrik avtomobilinin olacağını, 2033-cü ilə qədər isə, ümumiyyətlə daxili yanma mühərrikləri olan modellərin qalmayacağını bəyan edib. Bununla birlikdə, Audi 2026-cı ildən başlayaraq markanın bütün yeni modellərinin istinasız elektrokar olacaqlarını bildirib.

Dyusmannın sözlərinə görə, qoşulan hibridlər (PHEV) daxili yanma mühərrikli avtomobillər ilə elektrokarlar arasındakı “boşluğu” aradan qaldıraraq, “elektrik ötürməsinə keçidi yumşaldacaqdır”. O, həmçinin “yaxın bir neçə ildə hibridlərə də yer tapılacağını” da qeyd edib.

Elektrokarlar haqqında fikir yürüdən Audi şirkətinin başçısı infrastrukturun vacib olduğunu da bildirib: “Elektromobillər olan yerdə yükləmə stansiyaları da olmalıdır. Həqiqətən də, onların sayı heç zaman artıq ola bilməz”.

Bununla belə, elektromobillər bir yükləmədə böyük yürüş ehtiyatını təmin edə bilməzlər. Dyusmann gələcək Audi elektromobillərinin əksinə o qədər də “uzunmənzilli” olmayacaqlarını söyləyib. “Hesab etmirəm ki, iri tutumlu batareyaların quraşdırılaması və min kilometrlik yürüş ehtiyatı trendə çevrilməyəcəkdir”, - Dyusmann qeyd edib.

O, yükləmə stansiyalarının sayının artırılması yolu ilə elektromobillər üçün infrastrukturun inkişafının bunu sadəcə lazımsız edəcəyini hesab edir. Odur ki, nəticədə batareyaların tutumu azalaraq, elektrokarları daha yüngül və sərfəli edəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.