Lüksemburqdan fəaliyyət göstərən Art & Revs diler şirkəti Audi R18 TDI Ultra sportprototipini satışa çıxardıb. Avtomobil hərəkət edir və qalan beş nüsxədən bununla fərqlənir. Satıcı qiyməti yalnız sorğuya əsasən səsləndirməyə hazırdır.

Audi R18 TDI Ultra sportprototipinin debütü 10 dekabr 2010-cu ildə Inqolştadtdaki Audi Şportpark futbol stadionunda baş tutub. Sprototip sələfi R15 TDI kimi, dizel mühərrikini alıb. Bununla birlikdə, bu aqreqat 5,5-litrlik V10 mühərriki deyil, 540 at qüvvəsi hasil etdirən 3,7-litrlik V6 mühərriki idi. Mühərrik yalnız bir ədəd dəyişkən həndəsəli Garrett TR30R turbokompressoru ilə təchiz edilirdi. Altısilindrli mühərrik V10 aqreqatından 25% daha yüngül idi və qənaətcilliyi ilə seçilirdi.

“Le Manın 24 saatı” marafonunun qaydalarına uyğun olaraq, Audi R18 TDI Ultra modeli altı pilləli Xtrac sekvental ötürmələr qutusu və nəhəng stabilizator -üzgəcə sahib idi. Ancaq əsas yenilik Audi ultra leghtweight texnologiyası idi. Belə ki, R18 TDI Ultra modelinin karbonfiber monokoku tək parçadan haz;rlanırdı. Xarici panellərin çəkisi 40 kiloqram azalmışdı. Elektron idarəetməli ötürmələr qutusu iri həcmli pnevmatikadan imtina etməyə imkan vermişdi, hava axınlarının optimallaşdırılması sayəsində kondisioneri quraşdırmaq ehtiyacı aradan qaldırılmışdı.

Bundan əlavə, R18 TDI Ultra modeli LED faraları əldə edən ilk prototip idi - faralar sayəsində bir neçə qrama qənaət etmək mümkün olmuşdu. Maraqlıdır ki, buradakı işıqlar "1" rəqəmi şəklində hazırlanırdı: bu, Audi markasının yarışmadakı lider mövqeyinə işarə idi. Belə oldu: 2011-ci ildəki debüt yarışında, 2 nömrəli Audi Sport Team Joest komandası Peugeot 908 HDi FAP sportprotipini 14 saniyə qabaqlayaraq birinci yeri tutmuşdu.

Image alt Image alt Image alt Image alt Image alt

Satışa çıxarılan Audi R18 TDI Ultra sportprototipi, salamat qalan altı Le Man prototiplərindən biridir və calışan mühərriki idarəetmə blokuna sahib olan yeganə avtomobildir. Avtomobil FIA tərəfindən testlər və homoloqasiya üçün istifadə edilib və sonra Qitələrarası Le Man Kubokunun bir neçə yarışı üçün ehtiyata qoyulub. Daha sonra, sportprototipi hibrid R18 e-tron quattro modelinə bəznər ediblər. 2018-ci ildə avtomobil Audi Sport bölməsinə qaytarılıb və burada orijinal spesifikasiyaya uyğun olaraq bərpa edilib.

Avtoidman bölmnəsinin mütəxəssisləri bəzi hissələri dəyişdirməli olublar və bundan sonra avtomobildən heç istifadə olunmayıb. R18 TDI Ultra mühərrikinin xidmət müddəti təxminən 10.000 kilometr, ötürmələr qutusunun isə təxminən yeddi min. Avtomobilin qiyməti isə, iki milyon avroya qədər gedə çata bilər.