BMW şirkəti Cenevrə avtosalonunda seriyaya yaxın olan i4 elektrik sedanının prototipini təqdim edəcəkdir. Hələlik model «maye» heykəl şəklində nümayiş etdirilib. Yeni model «idarəetmədən əldə edilən zövqün yeni dövrünün gəlməsini» və «ideal BMW'nin sıfır tullantı səviyyəsinə malik ola biləcəyini» nümayiş etdirir.

«BMW Concept i4 konsepti elektrikləşdirməni BMW DNA-nın əsası edəcəkdir, - BMW Group Design bölməsinin baş vitse-prezidenti Ədrian van Hoydonk bildirib. - Onun dinamik dizaynı təmiz və zərifdir. Qısacası: bu sıfır səviyyəli zərərli tullantıları olan mükəmməl BMW-dir».

Yeni BMW i4 modeli markanın «dördqapılı Gran Coupe» seqmentindəki ilk modeli olacaqdır - onun istehsalına 2021-ci ildə Münhendəki zavodda başlanacaqdır. Sedan, elektrik ötürməsinin əsas komponentlərini vahid korpusda yerləşdirməyə imkan verən beşinci nəsil BMW eDrive texnologiyasını və 80 kilovat-saatlıq batareyanı əldə edəcəkdir. Güc qurğusunun hasilatı 530 at qüvvəsi olacaqdır. BMW i4 modeli 100 km/saat həddinə dörd saniyəyə sürətlənəcək və onun maksimal sürəti isə 200 km/saatın üzərində olacaqdır.

150 kilovatlıq elektrik yükləmə terminalından BMW i4 modelinin batareyasının 80 faizini 35 dəqiqəyə doldurmaq mümkün olacaqdır. Sedanın  inşa ediləcəyi modul platforması onu bir neçə növ güc aqreqatı ilə təchiz etmək imkanı da verəcəkdir. WLTP rejimində sedanın 600 km yaxın məsafə qət edəcəyi söylənilir. 

BMW i4 modelinin inşa edildiyi modul platforması, onu bir neçə variantda güc qurğusu ilə təchiz etməyə imkan verəcəkdir. Eyni zamanda, elektrokar  üçüncü və dördüncü seriyadan olan BMW modelləri ilə unifikasiya ediləcəkdir.