Hindistan Mahindra Qrupuna məxsus olan Automobili Pininfarina şirkəti Cenevrə avtosalonunda Battista hiperkarının xüsusi versiyasını təqdim edəcəkdir. Xüsusi hiperkar məşhur italyan studiyasının 90 illik yubileyinə həsr olunub. Beş nüsxəlik tirajla buraxılacaq hiperkar kuzovun xüsusi rəngi və aerodinamik dəsti ilə fərqlənəcəkdir.

Pininfarina Battista Anniversario yubiley kupesinin aerodinamik kuzov dəstinin seçilən elementlərindən biri karbon spoyler ya yaxud arxa qanad olacaqdır. Əlbəttə ki, hiperkar tarixi livreyanı da əldə edəcəkdir. Texniki cəhətdən dəyişiklikləri gözləməyə dəyməz.

Pininfarina Battista 1900 at qüvvəsi və 2300 Nm fırlanma anı hasil edən dörd elektrik mühərrik ilə təchiz edilir. Məlum məsələdir ki, təkərlərdə yerləşir. Hiperkar 100 km/saat həddinə iki saniyədən az vaxta sürətlənir, onun 300 km/saat həddinə sürətlənməsinə isə 12 saniyədən az vaxt tələb olunur. Hiperkarın maksimal sürəti 350 km/saatdır. 120 kilovat-saatlıq batareya ilə təchiz edilmiş Battista 450 kilometr qət edir.

Avtomobilin qiyməti açıqlanmasa da, onun iki milyon avro həndəvərində olacağı ehtimal edilir. 150 nüsxəlik tirajla buraxılacaq avtomobilin 50 ədədi Şimali Amerikaya göndəriləcək, o qədəri də Avropada satılacaqdır. Qalan 50 nüsxə Yaxın Şərq ilə Asiya arasında bölünəcəkdir.