Son beş ildə BMW M avtomobillərinin qlobal satış həcmi 200% -dən çox artıb. Bu günə Bavariya istehhsalçısının satdığı modellərin demək olar ki yarısı M elemblemi daşıyır. Bu siyahıya BMW M3, M4, M5 və M8 modelləri kimi "tam hüquqlu" M-modifikasiyaları ilə yanaşı, M tərtibat paketinə malik olan avtomobiləri də daxil etmək olar. BMW M bölməsinin rəhbəri Markus Flaş WhatCar nəşrinə verdiyi müsahibədə, M modellərinin öz sahiblərini BMW avtomobillərinin məşhur olduğu əsl idarəetmə həzzi ilə təmin etdiyini söyləyib.
Bununla belə, Flaş, gələcəkdə qaşılmaz olan hibridləşmə və ya elektrikləşdirmənin bu hissə xələ gətirməyəcəyindən əmindir. "10-15 il bundan əvvəl, 625 at qüvvəsi olan sedan qorxunc səsləndi", - top menecer bildirib. Eyni zamanda o, bu günlərdə, hətta qışda belə, M5 sedanına minib, hər şeyi nəzarətdə saxlamağın mümkün olduğunu da qeyd edib. "Bu, sadəcə gücə nəzarət məsələsidir və həmişə M-modellərinin seçilən cəhəti olub. Buna görə də, avtomobillərin gücünü məhdudlaşdıracağımızı gözləməyin”, - deyə BMW rəhbəri söz verib.