Bugatti 200.000 dollar dəyərində unikal karbon yumurtanı təqdim edib. Eksklüziv aksessuar Asprey zərgərləri ilə birgə hazırlanıb. Mütəxəssislər dayaq üzərində yerləşən və qiymətli materiallarla işlənmiş yumurtadan ibarət olan 111 ədəd qeyri-adi incəsənət obyekti buraxacaqlar. Alıcılar Bugatti brendinin tarixinə istinad edən aksessuarla yanaşı, fərdiləşdirilmiş NFT tokeni də alacaqlar. Yeni aksessuarın qiyməti Lamborghini superkarlarının qiymətləri ilə müqayisə olunur.

Yumurtanın xarici qabığı karbon lifindən hazırlanır, habelə qızıldan və ya gümüşdən hazırlanan xüsusi qəfəslə örtülür. Yaradıcıların fikrincə, aksessuar Karlo Buqattinin atasının ifadəsinə istinaddır. O, yumurtanı mükəmməl təbii forma adlandırmışdı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Digər bir istinad isə, sənət obyektinin səthindəki fil siluetləridir. Bu siluetlər Ettore Buqattinin Type 41 Royale hiperkarını bəzəmək üçün istifadə etdiyi “Rəqs edən fil” adlı heykəlciyinin müasir təfsiridir. Zərgərlər yumurtanın içərisində şirkətin Mölsheymdəki baş qərargahının dəqiq surətini canlandırdıqlarını bildiriblər.

İlk 100 karbon yumurta sadələşdirilmiş tərtibatı alacaq və alıcılara 20.000-50.000 dollar arasında dəyişən qiymətlərlə təklif ediləcəklər. Son 11 nüsxə eksklüziv rənglərdə hazırlanacaq, həmçinin brilyantlarla bəzədiləcəkdir. Dəbdədbəli aksessuarların qiyməti təxminən 200.000 dollar olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.