Cadillac şirkəti yeni modelinin xarici görkəmi üzərində sirr pərdəsini qaldıraraq, model barədə ilkin məlumatları dərc edib. Cadillac CT5 liftbeki amerikan markasının model xəttində XTS, CTS və ATS modellərini əvəzləyəcəkdir. CT5 modelinin kütləvi təqdimat mərasimi 16 aprel tarixində keçiriləcək Nyu York avtosalonunda baş tutacaqdır.

Cadillac CT5 modeli öndə McPherson dayaqlarına, arxada isə çoxqollu asqıya malik olan Alpha platformasının təkmilləşdirilmiş variantında inşa edilib. Yeni modelin dizaynı Cadillac markasının son modelləri olan CT6-V sedanı və XT6 krossoveri ilə bənzərlik daşıyır. Bundan başqa, avtomobil nazik formalı ön fənərlərə, şaquli arxa işıq texnikasına malikdir. Liftbekin profilində 2016-cı ilin Escala konseptindəki tanış cizgiləri də görmək olar.

Yeni model ön və tam çəkiş sistemi ilə təklif ediləcəkdir. CT5 modelinin mühərrik çeşidinə 2,0-litrlik “turbodördlük” və 3,0-litrlik V6 biturbo mühərriki daxil olacaqdır. Güc aqreqatları 10-pilləli avtomatik qutu ilə tandemdə çalışacaqdırlar. Ən güclü mühərrik xüsusi olaraq hazırlanmış buraxılış sistemi ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cadillac CT5 modelinin təchizatına Performance seriyasından dinamikləri olan Bose səs sistemi daxil edilib. İstehsalçı səsin bu modeldə birinci yerdə olduğunu və melodiyaların eksklyuziv kitabxanasına girişin təmin ediləcəyini, həmçinin kabinanın səs optimallaşdırılmasının və səsin aktiv boğulması sisteminin standart təchizata daxil olduğunu bildirib.

Cadillac CT5 modelinin istehsalı GM konserninin Lansinqdəki (Miçiqan ştatı) zavodunda yerləşdiriləcəkdir. Bu müəssisəyə yatırılacaq sərmayənin 211 milyon dollar olacağı da qeyd olunub.